SON DƏQİQƏ

AŞPA-da korrupsiya hallarını araşdırmaq üçün müstəqil araşdırma qrupu yaradılıb

Tarix:27-06-2017, 17:54

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) korrupsiya hallarını araşdırmaq məqsədilə müstəqil araşdırma qrupunun yaradılması haqqında AŞPA bürosunun qərarı parlamentarilər tərəfindən ratifikasiya edilib.

"Report"un Fransa bürosu xəbər verir ki, bu qərar Niderland nümayəndə heyətinin üzvü Tini Koksun "AŞPA bürosu və daimi Kommissiyaların fəaliyyəti" üzrə hesabatını müşayiət edən müzakirələrin gedişi zamanı qəbul edilib.

Assableyada korrupsiya hallarını araşdıracaq qrupun tərkibinə Böyük Britaniyadan Nikola Bratza, Fransadan Jan Lui Brugyer və İsveçdən Elizabet Fura daxildir. Qrupun bu gündən etibarən fəaliyyətə başlanması nəzərdə tutulur.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN