SON DƏQİQƏ

İran XİN təmsilçisi: “Türkiyənin sərhəddə divar tikməsini müsbət qarşılayırıq”

Tarix:15-05-2017, 15:33

“Türkiyənin İranla sərhədə divar çəkməsini müsbət qarşılayırıq”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Behram Qasimi bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi sərhəddə divar çəkilməsini İranla müzakirə edib: “Divar-sərhəd sıfır nöqtəsində tikilməyəcək. Bu divar Türkiyə torpaqlarında inşa ediləcək. Biz sərhəddə təhlükəsizlik və sabitliyin yaranması üçün hər cür fəaliyyəti müsbət qarşılayırıq”.

Qeyd edək ki, Türkiyə ilə İran arasında sərhədin uzunluğu 560 km-dir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN