Bu gün Qazaxıstanın paytaxtı Astanada Suriyaya dair danışıqların növbəti mərhələsi başlayır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, danışıqların sayca 4-cü mərhələsi iki gün davam edəcək.
Görüşdə Rusiyanı XİN-nin Suriya münaqişəsinin nizamlanmasına dair xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyəni xarici işlər nazirinin müavini Sedat Onal, İranı isə xarici işlər nazirinin müavini Hüseyn Caberi Ənsəri təmsil edəcək. ABŞ Astana danışıqlarında dövlət katibin Yaxın Şərq məsələləri üzrə köməkçisi Stüart Cons ilə təmsil olunacaq.
Suriya hökuməti və müxalifəti nümayəndələri ilə yanaşı, Astanaya BMT-nın Suriya münaqişəsinə dair xüsusi nümayəndəsi Steffan de Mİstura və İordaniya xarici işlər nazirinin müşaviri Nəuaf Uasfi Tel də gəlib. ABŞ və İordaniya müşahidəçi qismində qatılacaq. Silahlı müxalifətin nümayəndə heyətinə isə Məhəmməd Alluş başçılıq edəcək. Qeyd edək ki, silahlı müxalifət nümayəndələri Astana danışıqlarının üçüncü mərhələsində iştirakdan imtina etmişdi.