Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya Federasiyası XİN-insözcüsü Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etməsinə rekasiya verib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin musavat.com-a açıqlamasında deyilir:
"Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür".