SON DƏQİQƏ

AŞPA-nın vitse-prezidenti: "Aqramuntun təşkilatın adından bəyanat verməyə haqqı yoxdur"

Tarix:28-04-2017, 14:13

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Assambleyanın vitse-prezidenti, AŞPA-da Britaniya nümayəndə heyətinin rəhbəri Rocer Geyl Assambleyanın nizamnamə orqanı - Büronun iclasından sonra bildirib.

"Gördüyünüz kimi, Aqramunt bu gün Büroya rəhbərlik etməyib, onun yoxluğunda bunu mən öz üzərimə götürdüm", - deyə o bildirib.
R.Geyl həmçinin bildirib ki, Büronun AŞPA prezidentinə etibarı qalmayıb. “O, təşkilatın adından bəyanat verə və səfərlərdə iştirak edə bilməz", - Britaniya nümayəndə heyətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa Şurası və AŞPA-nın prinsipləri və düzgünlüyü təşkilatın ayrı-ayrı üzvlərindən daha vacibdir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN