SON DƏQİQƏ

Millət vəkili: Yazılı imtahanlar savadlı mütəxəssis deməkdir

Tarix:8-01-2018, 13:05

UNEC İctimai Nəzarət Şurasının üzvləri Azərbaycan Dövlət İqtisad Universitetində 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

 

Sonxeberler.info-nun məlumatına görə, Şura üzvləri imtahan prosesinin gedişini müşahidə etdikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.

 

Görüşdə millət vəkili Hikmət Babaoğlu UNEC-də tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, bu ildən etibarən UNEC-də ixtisas fənləri üzrə imtahanların yazılı keçirilməsinin savadlı mütəxəssislərin hazırlığında mühüm rol oynayacağını diqqətə çatdırıb.

 

Şura üzvü Arzu Nağıyev UNEC-də həm tədris, həm də imtahan prosesinin ictimaiyyətə açıq olduğunu müsbət hal hesab edərək, sessiya dövründə “Qaynar xətt” xidmətinin İctimai Nəzarət Şurasına həvalə edilməsini də böyük etimad adlandırıb.

 

Sessiya dövründə keçirilən “Açıq qapı” günlərində şura üzvlərinin iştirakını mühüm amil adlandıran Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov bir görüşün tamamən onların təşkil etməsi təşəbbüsünü də alqışlayıb.

 

İnsan Haqları üzrə Birgə Qrupun üzvü Ə.Nuriyev şura üzvlərinin mütəmadi olaraq Radio UNEC-də də müraciətləri cavablandıra biləcəyini diqqətə çatdırıb. E.Əliyev yay imtahan sessiyasında 600 tələbə arasında aparılan sorğunun effektivliyindən söz açıb. UNEC-in rektorunun göstərişi ilə sorğuda qaldırılan aktual məsələlərin həll olunduğunu bildirib.

 

Görüşdə şura üzvləri təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif təkliflər səsləndiriblər. Qərara alınıb ki, UNEC İctimai Nəzarət Şurası təkcə sessiya dövründə deyil, bütün tədris ili boyunca fəaliyyət göstərəcək. Üzvlər yekdilliklə Etibar Əliyevin şuraya koordinator seçilməsini təklif ediblər. 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN