Martın 19-u saat 15:00 olan məlumata əsasən, mektebeqebul.edu.az vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 38 014 sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan FaktXəbər-ə verilən məlumata görə, onlardan 35 015-i ümumi təhsil məktəblərini, 2999-i isə lisey və gimnaziyaları seçib.
Bildirilib ki, bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.