Keçmiş müğənni, hazırda aktrisa kimi fəaliyyət göstərən Mehin Hümbətova təhsil almasını atası istəməyən və attestatı gizlədilən Orxan Bağırzadəyə dəstək olacağını bildirib.
Sonxeberler.info xəbər verir ki, aktrisa bu haqda sosial şəbəkədə yazıb: “Bu hadisənin yaşandığına görə çox təəssüf edirəm. Belə valideynlərə ayıb olsun! Övladının gələcəyi ilə oynayan, seçiminə qarışan insan valideyn adına ləkədir. Onun təhsil haqqını öz üzərimə götürərəm”.
O, daha sonra Orxanın 4 illik təhsil haqqını ödəyəcəyini deyib: “4 il ərzində təhsil haqqını ödəyəcəyəm. Sabah Orxanla görüşəcəyik”.
Qeyd edək ki, atası təhsil almasını istəmədiyi üçün Orxan evi tərk edib. 18 yaşlı Orxan Bağırzadə Azərbaycan Dillər Universitetinin tərcümə (rus-fransız) fakültəsini qəbul olub. O, artıq qeydiyyatdan keçib.
Onun illik təhsil haqqı 1000 manatdır.