Əziz oxucular!
Azərbaycan qədim zamanlardan, xalqına sədaqətlə bağlı olan qəhrəmanlar diyarıdır. Hər zamanın öz Müşviqi, Koroqlusu, Nəsimisi və Fizulisi olub. Xalqımıza yol göstərən Nizami Gəncəvi kimi dahi şeyxlərimiz nəsiyətləri ilə xalqımıza yol göstərən ziyallılarımız var. Bir an belə mübarizəsinə şübhəsi olmayan igidlərimiz, Nəsimi kimi, Müşviq kimi düşünmədən xalqına canını fəda edən şəhidlərimizındə sayı hesabı yoxdur.Müəllim dedikdə xəsəffürümüzdə “ Bizim Cəbiş müəllim” canlanır. Müəllim müqəddəs bir peşədir. Müəllim tutduğu vəzifəsindən, zamandan aslı olmadan qarşısında olan insana düzgün yol göstərən şəxsdir.
“Qızıl suyada düşsə, göyədə uçsa dəyərini itirməz” atalar missal ilə, bu gün sizə xalqımızın yetişdirdiyi Azərbaycanın ən görkəmli ziyallısı ilə yaxından tanış edirik.
Gəncə Dövlət Universitetinnin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlu, həmişə bizim ürəyimizdə”Bizim İbrahim Müəllim”simvolunu daşıyan böyük şəxsiyyətdir.
Şahin Xurşudov hər zaman dövlətə - dövlətçiliyə, xalqa - millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edib. Şahin müəllimin həyat səlnaməsinə nəzər salanda hər zaman işinin öhdəsindən layiqincə gələn, həm rəhbərliyin və həm də, rəhbərlik etdiyi kollektivin rəğbətini qazanıb. Xurşudov Şahin, hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe göstərib.
Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, uzaqgörən siyasəti ilə, rəşadətli ordumuza göstərdiyi diqqət və qayğısı nəticəsində, 44 - gün müddət içində Azərbaycanın silahlı gücü və beynəlxalq səviyəli diplomatiyası ilə, bütün dünyanı heyrətə salıb. Yağı düşmənin qarşısında düşmənə heç bir şəkildə göstərilən köməyin heç bir mənası olmadığını sübut edib, qələbəsinin danılmaz olduğunun açıq şəkildə ortada olduğunu nümayiş etdi. Ermənilərin Kapitulyasiya aktına imza atmağa məcbur etdi. İlham Əliyevin rəhbərliyi ilə Xalqımızın bu qələbəsi qızıl həriflərlə Şahin Xurşudov kimi ziyallılarımız tərəfindən əbədi olaraq dünya tarixinə həkk edildi. Gəncə Dövlət Universitetinnin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Nadir oğlu Xurşudov, kimi ziyallılarımız öz bilik və təcrübəsini cənlərimizə ötürməklə xalqına xidmət edir. Şahin Nadir oğlu Xurşudovun rəhbərliyi ilə Gəncə Dövlət Universitetində daxili nizam intizam qaydalarına son dərəcə sayğı ilə riayət edilir.
Şahin Xurşudov, Gəncə Dövlət Universitetində prorektor kimi rəhbərlik etdiyi müddətdə Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin və Universitetində çalışan şəxslərin, qısa müddətdə rəğbətini qazanıb.
Şahin Xurşudov 2 sentyabr 1970-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Əlimərdanlı kənd orta məktəbi əla qiymətlərlə bitirib. Azərbaycan Texnologiya Universitetinə daxil olub və 1992 - ci ildə oranı Lenin təqaüdü və fərqlənmə diplomu ilə bitirib.
1992 - ci ildə Elmi Şuranın qərarı ilə Azərbaycan Texnologiya Universitetində laborant vəzifəsində çalışıb. Həmin ildən 1994 - 2000 - ci illərdə Gəncə Elm-Təhsil Mərkəzinin Yeyinti Sənaye İnstitunda dekan müavini, kafedra müdiri vəzifələrində işləyib. 1998 - ci ildə Azərbaycan Elmi - Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitunda “Aqrar-sənaye kompleksinin iqtisadi səmərəliliyinin yüksəldilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru üzrə elmi dərəcəsi alıb. 2001-2007-ci illərdə Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent əvəzi və dosent vəzifələrində çalışıb. 2007-ci ildən Gəncə Dövlət Universitetində, dekan müavini, “Təcrübə və karyera” şöbəsinin müdiri və 2013-cü ildən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışır.
2013-cü ildən ADAU - nin “Aqrobiznesin təşkili və idarəedilməsi” kafedrasının doktorantıdır. “Aqrobiznesin idarə edilməsinin təkmilləşdirilməsi problemləri” mövzusu üzərində doktorluq dissertasiyasını yerinə yetirir. 2014 - cü ildə Türkiyə və Orta Doğu Amme idarəsi Enstütüsü tərəfindən “Yüksək öğretim yönetimi” seminarında iştirak etmiş və sertifikat almışdır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 oktyabr tarixli 634 №-li sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunub.
63 elmi məqalə, 2 dərslik və 1 dərs vəsaiti müəllifidir.
1998-ci ildən YAP-nın üzvüdür.
Ailəlidir, 2 övladı var.
Birdə redaksiyamızın adından bir mayak kimi gənclərimizə yol göstərən ağsaqqal ziyallımız, Gəncə Dövlət Universitetinnin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Nadir oğlu Xurşudovun işlərində daha böyük nailiyyətlər əldə etmək arzusu ilə Şahin müəllimə üzün ömür, can sağlığı və bol rüzi diləyirik.