SON DƏQİQƏ

Mikayıl Cabbarov 31 yaşlı gənci prorektor təyin etdi

Tarix:4-05-2017, 13:48

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub. SonXəbərlər qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Azər İmanquliyev universitetin xarici əlaqələr üzrə prorektoru təyin edilib. 

 

Qeyd edək ki,  31 yaşlı  prorektor dövlət proqramı xətti ilə Böyük Britaniyanın Kardif universitetində doktorantura təhsili alıb. Fəlsəfə doktorudur. 

 

O, bakalavriat təhsilini Qafqaz univeristetində alıb. Prorektor təyin olunmamışdan öncə universitetdə baş müəllim işləyib. 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN