SON DƏQİQƏ

Tədris məşğələsi keçən müəllimlərin maaşları artırılıb

Tarix:12-05-2017, 17:56

"Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarında dəyişikliklər edilib. 

 

SonXəbərlər-in məlumatına görə, dəyişikliyə əsasən bundan sonra elmlər doktoruna saathesabı 4,85 manat, dosent, fəlsəfə doktoruna 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,50 manat ödəniləcək. 

 

 

Təhsil alan kontingent

Pedaqoji işçilər

professor, elmlər

doktoru

dosent, fəlsəfə

doktoru

elmi dərəcəsi, elmi adı olmayan şəxslər

 

  

Bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələ-rinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr

 

 

 4,85

 

 

3,20

 

 

2,50

Xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri

 

5,75

 

4,15

 

2,80

Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütə-xəssislərin ixtisasartırma kurslarının dinləyiciləri

 

6,95

 

4,85

 

3,20

 

 

Əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir.

 

Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir.

 

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur.

Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN