Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin övladları Günel və Xeyrənsə Musayeva bacıları qardaş Türkiyədə tarixi uğura imza atıblar. İstanbulun ingiliscə təhsil verən ən çox xarici tələbəyə sahib Bahçeşehir Universitetindən böyük nailiyyət əldə edərək məzun olan bacılardan Günel Musayeva universitet birincisi, Xeyrənsə Musayeva isə, universitet üçüncüsü olaraq təhsillərini yekunlaşdırıblar.
Birinci olan G.Musayeva Bahçeşehir Univeristeti 2017-ci il dönemi "Altın Beyin"i fəxri adı ilə təltif edilib və ona “Altın Beyin” ödülü verilib. Tələbələr adına çıxış edən Günel xanım bu qələbəsini ailəsinə və Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyini bildirib. Çıxışını Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və Atatürkü anaraq yekunlaşdırıb.
G.Musayeva İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər fakültəsi Beynəlxalq Maliyyə Bölümü ilə yanaşı, ikinci ixtisas olaraq İqtisadiyyat, X.Musayeva isə Beynəlxalq Maliyyə və Biznesin idarəedilməsi bölümlərində təhsil alıblar. Eyni zamanda hər iki bacı Amerikanın ən yaxşı araşdırma universiteti olan Syracuse Universitetində Maliyyə bölümündə oxumuş və orada da maksimum 4 not ortalaması əldə ediblər. Bu tələbələr 2012-ci ildə Azərbaycanda qızıl medal alaraq, ölkə birinciliyi ilə məzun olublar.