SON DƏQİQƏ

MM "Təhsil haqqında" qanuna dəyişikliklər layihəsini qəbul edib

Tarix:13-06-2017, 13:29

Milli Məclisin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər layihəsi  müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev məlumat verib.

 

Layihəyə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilir: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalaviriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

 

Layihə səsə qoyularaq qəbul olunub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN