SonXəbərlər-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov AMEA-nın ilk magistrlərinin “Məzun günü”ndə çıxışı zamanı bildirib ki, magistr olmaq istəyənlərin sayı azalıb. Nazir açıqlamasında qeyd edib ki, bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azdır: "Amma buna baxmayaraq, qəbul olunanların sayı 34 faiz artıb. Həmçinin qeyd etmək yerinə düşərdi ki, magistratura pilləsində təhsil almaq istəyən oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi elmə dəstəkdir."