SON DƏQİQƏ

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib

Tarix:31-07-2017, 13:55

Dövlət İmtahan Mərkəzi (DİM) V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış və ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib.

 

DİM-dən bildirilib ki, ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq. Qeyd olunan abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

 

I, II, III, IV ixtisas qruplarından hər hansı biri  və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN