SON DƏQİQƏ

Rus dili Azərbaycanda xarici dildirmi...

Tarix:28-09-2017, 12:41

Fazil Mustafa: “Bu, bir qədər mürəkkəb məsələdir”; Qulu Məhərrəmli: “Rus dilinə xüsusi statusun verilməsinin əhəmiyyəti yoxdur”

Bu günlərdə Ermənistanda rus dili xarici dil statusunu aldı. Bu barədə ölkənin təhsil və elm naziri məlumat yayıb. Nazir açıqlamasında qeyd edib ki, Ermənistanda yeganə rəsmi dövlət dili erməni dilidir.

Qeyd edək ki, keçmiş sovet imperiyasının tərkibində olan bəzi ölkələrdə rus dili artıq xarici dil kimi rəsmiləşdirilib. 2014-cü ildə Ukraynada rus dili qadağan olunmuşdu. Belə ki, ölkə ərazisində rus dilinə rəsmi status verməyə icazə verən “Dövlət dili haqqında” qanun ləğv edilmişdi. Bu ildən isə başlayaraq Ukrayna məktəblərində 5-ci sinifdən sonra rus dilinin tədrisi ləğv olunub. Məlumata görə, 2020-ci ildən artıq ibtidai siniflərdə də rus dili qadağan olunacaq.

Danılmaz faktdır ki, Azərbaycanda əksəriyyət bu gün də rus dilində danışır. Son illər dünyada rus dilində danışanların sayı azaldıqca, ölkəmizdə əksinə, artmağa doğru gedir. Hətta yenidən valideynlər övladlarının daha çox rus dilli siniflərdə təhsil almasına maraq göstərməyə başlayıb. Bu haqda müzakirələr davam etməkdədir. Lakin bir sual ortaya çıxır, niyə Ermənistanda və digər keçmiş sovet ölkələrində olduğu kimi, Azərbaycanda da rus dili xarici dil deyil?

Image result for Fazil Mustafa

Millət vəkili Fazil Mustafa mövzunu bu cür şərh etdi: “Bunu müəyyən etmək doğru deyil. Açığı, bu, bir qədər mürəkkəb məsələdir. Çünki bu kimi məsələlərdə hansısa bir ölkəni qıcıqlandırmaq doğru deyil. Amma bütövlükdə Azərbaycan dili dövlət dili olmalı, digər dillərə isə müəyyən sərbəstlik verməlidir. Dövlət, rəsmi işlərdən başqa digər sahələrdə işlədilmək imkanı tanınmalıdır”.

Millət vəkili Azərbaycanda rus dilinin xarici dil kimi rəsmiləşdirilməsinin heç bir mənası olmadığını dedi: “Niyə rəsmiləşdirsinlər ki? Bunu anlamaq da çətindir”.

Filologiya elləri doktoru, professor Qulu Məhərrəmli də ölkəmizdə rus dilinə xüsusi statusun verilməsinin əhəmiyyəti olmadığını vurğuladı: “Rus dili xarici dillərdən biridir. Lakin ingilis, alman və digər dillərdən fərqli olaraq azərbaycanlıların şüurunda yeni statusu olan bir dildir. Uzun illər biz imperiyanın tərkibində olmuşuq və bu dil aparıcı dil olub. Rus dili vasitəsilə dünya klassiklərimizi dilimizə tərcümə etmişik. Beləliklə, bu dilin mədəniyyətimizdə, təfəkkürümüzün inkişafında xüsusi rolu olub.

Image result for Qulu Məhərrəmli

Hazırda Azərbaycanda dövlət dili Azərbaycan dilidir, rus dili isə işlək dillərdən biridir. Lakin bununla yanaşı,  ölkəmizdə rus dilinə xüsusi statusun verilməsinin əhəmiyyəti yoxdur. Bu dil indi də ingilis dili ilə yanaşı populyar dillərdən və ana dilimizin sıxışdırılmasında rol oynayan faktorlardan biridir. Yəni hazırda Azərbaycanda xüsusən də böyük şəhərlərdə insanların əksəri rus dilində danışır ki, bunu da məqbul qəbul etmirəm. Əlbəttə ki, rus dilinə olan münasibəti nə Rusiya dövlətinə, nə də rus xalqına olan münasibət kimi dəyərləndirmək olmaz. Özünə hörmət edən dövlət, cəmiyyət əsas dövlət dilində danışır və digər dillərin işlədilməsinə qarşı deyil. Belə yanaşma hesab edirəm ki, rus dilinə də aid olunmalıdır".

Qulu Məhərrəmli Azərbaycanda rus dilinin ikinci dil olmadığını bildirdi: “Deməzdim ki, ikinci dildir, türk dili ilə yanaşı  işlədilir. Yaşlı nəsil daha çox rus dilində, gənc nəsil isə ana dili ilə yanaşı türk dilində danışır.  Bu məsələdə isə telekanalların müəyyən rolu var”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN