SON DƏQİQƏ

Bakıda 8 yaşdan yuxarı 1000-dək uşaq fərdi təhsilə cəlb olunub

Tarix:28-09-2017, 13:43

"8 yaşdan yuxarı uşaqlar fərdi təhsilə cəlb olunur. Belə uşaqların sayı təxminən 1000 nəfərə yaxındır". APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, müxtəlif səbəblərə görə təhsildən yayınan uşaqlar var: "Bu uşaqların təhsilə cəlb olunmasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi özü də maraqlıdır. Yaşı ötmüş olsa belə valideynlər idarəyə müraciət etdikdə biz o uşaqların təhsilə cəlb olunması istiqamətində lazımı dəstəyi göstəririk".

BŞTİ-nin müdiri uşaqların təhsildən yayınmasına ailə zəminində baş verən problemlərin, uşaqların sağlamlığında yaranan xəstəliklərin səbəb olduğunu qeyd edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN