SON DƏQİQƏ

Rumıniya Beynəlxalq Riyaziyyat Olimpiadasına ev sahibliyi edəcək

Tarix:26-10-2017, 11:37

3-14 iyul 2018-ci il tarixində məktəblilər arasında Beynəlxalq Riyaziyyat Olimpiadası Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək.

 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Rumıniyanın Təhsil Nazirliyi məlumat yayıb. Bildirilir ki, 9-10 iyul tarixlərində keçiriləcək müsabiqə şəhərin “Polivalenta” idman sarayında baş tutacaq. Növbəti 2 gündə isə nəticələr qiymətləndiriləcək. Qaliblərin adları isə iyulun 13-də elan olunacaq. Azərbaycan məktəblilərinin də iştirak edəcəyi yarışa 100 ölkədən 600-dək iştirakçı qatılacaq.

 

Qeyd edək ki, 1959-cu ildə Beynəlxalq Riyaziyyat Olimpiadası ilk dəfə Rumıniyada keçirilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN