SON DƏQİQƏ

Təhsil Nazirliyi Nazirlər Kabinetinə təklif verdi

Tarix:26-12-2017, 15:28

Ali və orta təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin aparılması üçün Təhsil Nazirliyində işçi qrup yaradılıb. 2018-2019-cu tədris ilinin qəbul planında bu sahə üzrə milli kadrın hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək.

Virtualaz.org saytı xəbər verir ki, bunu təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov “Elektron təhsil” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində söyləyib.

C.Bayramov bildirib ki, Nazirlər Kabinetinin təkliflərə müsbət cavab verəcəyini ümid edir. “İnternet texnologiyalarının tədris prosesinə tətbiqinin fəallaşdırmaq məqsəsilə bir çox layihələr hazırlanıb. Nazirlik tərəfindən 223 elektron dərslik nazirlik hazırlanaraq e-derslik.edu.az portalında yerləşdirilib. Təkcə bu il istifadəçilərin sayı 1 milyonu keçib. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı isə 172 143 nəfərdir”, -C.Bayramov əlavə edib.

Tədbirdə bildirilib ki, “Elektron təhsil” müsabiqəsi 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub. Müsabiqənin şəffaflığını təmin etmək üçün qiymətləndirmə mərhələləri onlayn aparılıb. Müsabiqənin 1-ci mərhələsinə təqdim edilən 703 işdən 644-ü 2-ci mərhələyə, yəni ekspertlər tərəfindən qiyməyləndirməyə təqdim olunub. 197 iş 3-cü mərhələyə keçib. Yekun nəyicədə 26 qalib və 35 fərqlənən müəyyən edilib. Sonra qaliblərə mükafatlar təqdim edilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN