LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində aparılan yenidənqurma və profilaktik tədbirlərlə əlaqədar bu gecə şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq xidmətin göstərilməsində fasilələr qeydə alınacaq.
"Baktelecom" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, yenidənqurma işlərinin 30 dəqiqə davam etməsi nəzərdə tutulur.
Profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa olunacaq.