SON DƏQİQƏ

Avtomobilini işə salmaq üçün mikroçipi dərisinin altına yerləşdirdi – VİDEO, FOTO

Tarix:18-08-2019, 16:29

ABŞ-da texnologiya həvəskarı olan qadın, avtomobilini işə salmaq üçün lazım olan mikroçipi bilək dərisinin altına yerləşdirib.

Musavat.com bu barədə milliyet.com.tr-yə istinadən xəbər verir. Xəbərə görə, Amie DD adlı texnologiya məhsullarını bədəninə adaptasiya etməyin həvəskarı olan qadın (biohacker), haqqında bəhs edilən əməliyyatla bağlı bütün mərhələləri bir videoda cəmləyib. O, həmin videonu sosial mediada paylaşıb.

Amie DD öncə “Tesla Model 3” markalı avtomobilinin kredit kartı böyüklükdə olan elektron açarının bütün özəlliklərini cib telefonlarında istifadə edilən mikro ölçülü bir çipə yüklədib. Daha sonra bioloji şüşə ilə örtülü və sadəcə 12 mm böyüklüyündəki "xNT NFC" model çip, bir tatu ustası tərəfindən Amienin sağ biləyinin dəri altına yerləşdirilib.
Avtomobilini işə salmaq üçün mikroçipi dərisinin altına yerləşdirdi – VİDEO, FOTO
Ancaq bu əməliyyat bəzi problemlərə də səbəb olub. Belə ki, sosial mediada yayımlanan həmin videonu izləyən insaların heç də hamısı bu fikrə müsbət yanaşmayıblar. Lakin, bunu bəyənənlər də azlıq təşkil etməyib. Yazılan şərhlərdə bildirilib ki, cib telefonunu yanına gətirən, lakin avtomobilinin açarını yadından çıxıb, evdə qoyan hər hansı bir şəxs, cihazın içərisindəki çip sayəsində avtomobili rahatlıqla aça bilər.
Avtomobilini işə salmaq üçün mikroçipi dərisinin altına yerləşdirdi – VİDEO, FOTO
İstifadəsi müzakirə mövzusuna çevrildi...

"Zaryadka"ya ehtiyac duymayan və içərisində mikro antenna olan “RFID” adlı çiplərin İsveçin paytaxdı Stokholmda yerləşən “Epicenter” adlı bir şirkətdə işləyən əməkdaşlara tətbiq edilməsi uzun müddət müzakirə mövzusuna çevrilmişdi.

Xatırladaq ki, bundan öncə sənətçi Antoni Antonellis əlinin içinə yerləşdirdiyi bir “RFID” çipi ilə birlikdə smartfon tipli telefonuna sənət əsərlərini yazdırıb, yaddaşa salmağı tətbiq etmişdi.

Başqa bir maraqlı nüsans isə, ABŞ-da mikro çiplərin itmiş uşaqların tapılmasın kimi həyat xilas edən bir ixtiranın adı altında, insanları kontrolda saxlamaq niyyətli xain planın olduğu da müzakirələrə səbəb olub.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN