SON DƏQİQƏ

İnstagram profilinizi özəl dizaynlı sayta çevirən platform – Zine

Tarix:3-10-2019, 23:46

Fotoqrafların və dizaynerlərin instagramdan şəxsi işlərini sərgilədikləri portfel kimi istifadə etdiyini söyləsək yanılmarıq. Çünki inkişaf edən texnologiya ilə demək olar ki, hər kəsin telefonları gözəl fotoşəkillərin ortaya çıxması üçün münasibdir. Üstəlik müxtəlif foto dizayn edən mobil tətbiqləri hər kəs üçün əlçatandır və bu ikisi birləşdirildikdə bəzən möhtəşəm işlər yaranır. Bu zaman insanlar öz işlərini hamıya göstərmək istəyirlər.

Milli.Az techland.az-a istinadən bildirir ki, yalnız fotoqraflar deyil rəssamlar, modellər və öz işlərini nümayiş etdirmək istəyən hər kəs yuxarıda qeyd etdiyimiz duyğuya malikdir. Ancaq veb sayt yaratmaq üçün kifayət qədər ciddi pul və səy sərf etməlisiniz. Zine adlı platforma yaradıcı insanların həyatını asanlaşdırmağı hədəfləyir.

Zine necə istifadə olunur?
Platforma olduqca sadədir. İnstaqram hesabınızı brauzerinizdə açdıqdan sonra Zine'nin ana səhifəsinə girib İnstagram hesabınızı Zine ilə birləşdirirsiniz. Hesabı əlaqələndirməyə icazə verdikdən sonra paylaşdığınız bütün şəkillər bir veb sayt hazırladığınız kimi zine.press uzantısı olan sayta köçürülür. İstədiyiniz kimi adınızı və təsvirinizi düzəldə bilərsiniz. Şəxsi zövqünüzə görə şrifti, arxa planı müəyyənləşdirə və saytın mövzusunu seçə bilərsiniz.

Zine-in İnstagram portfel yaratmaq istəyən istifadəçilər üçün ciddi rahatlıq təmin edir. Platformanın yeganə mənfi tərəfi odur ki, şəkilləri istədiyiniz kimi çeşidləyə bilməzsiniz, çünki hamısı paylaşmaq üçün sayta köçürülür. Zine-dən istifadə etmək istəmirsinizsə, icazənizi İnstaqram hesabınızın parametrlər bölməsindəki "İcazəli tətbiqlər" başlığından silə bilərsiniz. Bu, istifadəçi adınızın genişlənməsini alan zine.press hesabınızı yox edir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN