SON DƏQİQƏ

“Apple” şirkətinin təşkilatçılığı ilə San Xosedə “WWDC 2017” - tərtibatçıların növbəti illik ümumdünya konfransı keçirilib.

Tarix:13-06-2017, 13:56

SonXəbərlər "CNN Türk"-ə istinadən xəbər verir ki, korporasiya konfransda özünün yeni məhsullarını istifadəçilərə təqdim edib. Ən maraqlı məqam isə, təqdimat zamanı zalda 35 ölkədən 5600 proqramçının izləməsi olub. Bu isə, indiyə qədər keçirilən təqdimatlar arasında ən çox maraq dağuran konfrans olub. 


Təqdimat mərasimi xüsusi videoçarxın nümayişi ilə başlayıb.

1.jpg (180 KB)


Videoda “Apple” şirkətinin əməkdaşlarından biri yanlışlıqla şirkətin server mərkəzində şəbəkənin elektrik paylayıcısını sıradan çıxarır. Bunun nəticəsində isə, planetin ayrı-ayrı yerlərində proqram tətbiqetmələri itməyə başlayır. Ardından isə apokalipsis yaranmağa başlayır.

Videoda şirkət istifadəçilərə göstərmək istəyir ki, “Apple”ın tətbiqetmələri olmasa dünyada hansı vəziyyət yarana bilər və insanlar özlərini həmin an necə apararlar.

Ardından səhnəyə “Apple” şirkətinin icraçı direktoru Tim Kik çıxır və ötkəm səslə bildirir: “Nə yaxşı ki, bu hadisə baş vermədi”.

 

"İOS"-un yeni versiyası olduqca funksionaldır

9.jpg (15 KB)

Şirkət təqdimat mərasimində “İphone”lar üçün yeni əməliyyat sistemini - “iOS 11”i öz istifadəçilərinə təqdim edib. Mərasimdə o da bildirilir ki, yeni sistemdə əlavələr ekranda mövzular üzrə kateqoriyalar şəklində bölüşdürülüb.

5.jpg (79 KB)

“iPad Pro”nun yeni versiyası hər kəsi təəccübləndirdi

Şirkətin icraçı direktoru Tim Kuk yeni “iPad Pro”nun özəlliklərindən bəhs edib. O, bildirib ki, cihaz 10,5 düym ekran ölçüsündədir. Ən az yaddaş həcmi isə, 64 Gb-dır. Kuk qeyd edib ki, bu dəfəki “iPad Pro”nun maksimal yaddaş 512 Gb-dır.

Bu isə, əvvəlki cihazlara nisbətən daha böyük yaddaş deməkdir. İcraçı direktor bundan başqa bildirib ki, yeniliklər arasında yeni kamera da var. Bu kamera “iPhone 7”nin kamerası ilə eynidir və olduqca funksionaldır. Cihazın qiymətinə gəldikdə isə, 64 Gb-lıq “iPad Pro” almaq istəyən “Apple” həvəskarları nə az, nə çox 649 dollar (1.103 AZN) ödəməlidirlər.

4.jpg (76 KB)


Təqdimat mərasimində istifadəçilərin suallarını cavablandıran Kuk bildirib ki, satışlara 10 gün sonra ABŞ-da start veriləcək.


Musavat.com,
Toğrul İsmayıl

3.jpg (63 KB)

6.jpg (34 KB)

7.jpg (51 KB)

8.jpg (29 KB)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN