SON DƏQİQƏ

Bunlar Dubayın polis robotlarıdır

Tarix:19-06-2017, 11:31

Dubayda polis əməkdaşları vəzifəsini icra etməyə başlayan robotlar iş başındadır. Robot polislər şəhərdəki alış-veriş mərkəzlərinə və turistlərin ziyarət etdiyi yerlərə nəzarət edir. Bundan başqa insanlar robot polislərə cinayət barədə məlumat verə biləcək, cəza cəriməsi ödəyəcək və sinəsindəki ekrana toxunmaqla məlumat ala biləcəklər. Robot polislər tərəfindən toplanan məlumatlar səlahiyyətli nümayəndələrlə də paylaşılacaq.

Hökumət 2030-cu ilə qədər polis qüvvəsinin 25 faizini robotlaşdırmağı planlaşdırdığını bəyan edib. Amma hökumət nümayəndələri robotların insanların yerini tutmayacağını da qeyd ediblər. “Polis məmurlarımızı bu maşınlarla əvəz etməyəcəyik”, - deyə Dubay smart təhlükəsizlik xidmətləri başçısı Halid El Razuki deyib.

Razuki daha sonra bunları əlavə edib: “Amma Dubayda yaşayanların sayı artır. Bu səbəbdən də doğru yerdə işləmələri və təhlükəsiz bir şəhər kimi qəbul etmələri üçün polis məmurlarımızın yerini dəyişdirəcəyik. Bir çox insan polis bölmələrini və müştəri xidmətini ziyarət edir, ancaq bu robotlarla 7 gün 24 saat xalqa yetişə bilərik”.

Hazırda robot yalnız ərəbcə və ingiliscə ünsiyyət qura bilir. Gələcəkdə hədəf robotun rus, çin, fransız və ispan dilində danışmasıdır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN