SON DƏQİQƏ

Parisdə startaplar üçün ən iri kampus yaradılıb

Tarix:6-07-2017, 11:36

Startaplar üçün Parisdə keçmiş dəmir yolu deposunun ərazisində dünyada ən iri kampus yaradılıb.

 

AZƏRTAC "psm7.com"a istinadla xəbər verir ki, sahəsi 3,5 hektar olan "F Station" adlı kampusda 3 minə yaxın əməkdaş işləyə bilər. Kampusda tədbirlərin keçirilməsi üçün səkkiz otaq yerləşir və ərazisində restoran və bar fəaliyyət göstərir.

 

Kampus Paris meriyası ilə 2018-ci ildə yaşayış məhəlləsinin tikintisi barədə artıq danışıqlara başlayıb. Bu layihə Fransanın ölkə daxilində innovativ sahibkarlığın inkişafı üzrə irimiqyaslı layihəsinin bir hissəsidir. Layihənin əsas investoru milyarder və telekom-maqnat, "F Station" kampusunun inkişafına 250 milyon avro yatırmış Havyer Nildir.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN