Fransanın dövlət və ekologiya naziri Nikolas Hulot havanın çirkləndirilməsi səbəbindən 2040-cı ilədək dizel yanacağı və benzinlə işləyən avtomobillərin satışının dayandırılacağını bildirib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, nazir dizel yanacağı və benzinlə işləyən avtomobilləri elektrik və hibrid mühərriklərlə təchiz olunan maşınların əvəz edəcəyini deyib.
Qeyd edək ki, 2016-cı il dekabrın 1-də Parisdə hava çirkliliyi son 10 ilin ən yüksək səviyyəsinə çatmışdı.