Almaniyanın dəmiryolu, qatar və tramvay istehsalçılarından olan “Simens” firması ilə Fransanın “Alstom” şirkəti birləşib.
Axar.az xəbər verir ki, “Simens-Alstom”dan verilən açıqlamada “Simens” şirkətinin “Alstom”un 50%-ni satın aldığı bildirilib.
Bu birləşmə sayəsində şirkətin dəmiryolu nəqliyyatı istehsalında dünya ikincisi, siqnalizasiya sahəsində isə birinci olacacağı bildirilir.