SON DƏQİQƏ

Əliyevlər ailəsinin korrupsiya fəaliyyəti.

Tarix:21-08-2023, 17:06

Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsi sahəsində şəffaflıq və hesabatlılıq uzun illərdir cəmiyyəti narahat edən başlıca problemlərdən biri olaraq qalır. Aşağıdan yuxarıya doğru Əliyev ailəsinin iyerarxiyasında oturuşmuş korrupsiya şəraitində şəffaflıq və hesabatlılığa nail olmaq, təəssüf ki, mümkün olmur. Məhz korrupsiya ölkənin əldə etdiyi yüksək həcmli neft-qaz gəlirlərinin insan inkişafına sərf olunmasına böyük ölçüdə imkan vermir.Qeyd edək ki, mərkəzi icra strukturları qanunvericiliyin tələblərinə müəyyən qədər əməl edərək, xərcləmələri barədə məhdud da olsa, məlumat açıqlayırlar, lakin yerli icra hakimiyyətləri ilə bağlı bu, demək olar ki, mümkün deyil. Hətta ölkə əhəmiyyətli şəhərlərdə belə icra hakimiyyətinin illik büdcəsinə dair açıq mənbələrdən hər hansı məlumat tapmaq olmur. İcra hakimiyyətlərinin internet resurslarında, bir qayda olaraq, yalnız ümumi məlumatlar, icra başçısının görüşləri, qəbulları və sair rəsmi tədbirlər barədə məlumatlar yerləşdirilir. Fəaliyyətin maliyyə tərəfləri barədə hər hansı hesabata rast gəlmək mümkün deyil. Halbuki hüquq-mühafizə orqanlarının icra hakimiyyətlərində apardığı həbslərdən sonra açıqlanan məlumatlardan aydın olur ki, onların büdcələri heç də kiçik rəqəmlərlə ifadə olunmur. Həbs olunan icra başçılarının qanunsuz qazanclarının illik həcmi on milyonlarla manatla ölçülür. Bu isə o deməkdir ki, rayon və şəhər icra hakimiyyətlərində kifayət qədər böyük pullar dövr edir.
Bu pulların mənbəyi həm dövlət büdcəsi, həm də şəhər və rayonların yerli gəlirləridir. Son illərdə Azərbaycanın dövlət büdcəsi hazırlanarkən rayon və şəhərlərin əksəriyyətinə birbaşa vəsait ayrılmır. Əsaslandırma isə bu olur ki, yerli gəlirlər xərcləri qarşılamağa imkan verir. Yerli icra hakimiyyətlərinin faktiki xərcləri aparatın saxlanması, bir sıra təmir-tikinti işləri və aztəminatlı təbəqələrə yardımların edilməsindən ibarətdir. Onlar həmçinin mərkəzi büdcədən maliyyələşdirilən müxtəlif obyektlərin tikintiləri üzrə sifarişçi qismində çıxış edirlər. 
Xərc çox, şəffaqlıq yox, ehtiyac hər gün artıq...
Omarov Ədalət



скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN