SON DƏQİQƏ

İmperyamızın təcavüzü. (Kiçik ballada)

Tarix:25-05-2023, 17:10

Mən Əliyev Elnur "Pressdent" Azad fikirli jurnalistlərin ictimai siyasi qəzetinin əməkdaşı, vətənpərvər bir Azərbaycanlı kimi, sevimli izləyicilərimizə və oxucularımıza öz həyatımda başıma gəlmiş hadisələrdən bəzilərini bu məqalədə nəzərinizə səmimiyyətlə çatdıracaq dərəcədə qələmə alıram.
Sadəcə gerçəklərdən adı və şərəfli insanların başına gəlmiş hadisələrdən danışacamğam. Hətta bundanda ağır bir həyat təcrübəsi yaşamış insanlarında susmamaları naminə, bu məqaləni işıqlandırırıram.
Podsovet olkəsi olan Azərbaycanda müəllim ailəsində qərb rayonlarından biridə dünyaya göz açıb, boya başa çatdım. Lakin bu günə kimi mən hələ də başa düşə bilmirəm ki, insan doğuldu vətəndə vətəndaş kimi niyə və kimə borcludur ki, hər yerindən qalxan məmur sən dövlətə olan borcunu verməlisən deyərək insanların azad həyatlarını alt üst eləsinlər. Mənimdə gəncliyim bu dövlət borcu şüarı, dövrlərinə təsadüf etdi. Və gəncliyim bu şüarlar altında məhv oldu. Mənim və mənim kimi gənclərin çoxluq  kimi, hansısa bir liderin uğursuz siyasətinə qurban getdi. Ailəmiz böyük, kasıb və şərəfli bir ailə idi. Atam və anam müəllim, biz isə nümunəvi şagird kimi, sovet dönəminin yaşayıb boyuduk.
Böyük qardaşım 1991 – ci ildə, mən isə 1994 - cü ildə hərbi xidmətə dövlətə olan borcumu verməyə getdik. 3 – il 7 - aydan sonra Heydər Əliyevin sərəncamı ilə qardaşımla bərabər hərbi xidmətdən azad edildik. O zamanlarda - elə indiki kimi, sadə insanlar üçün iş yerləri olmadığı üçün xalq aclıq və zəlalət içində yaşayırdı. Mən Bakı Politexnik inistutuna sənətlərimi təqdim etdib qəbul oldum. Qiyabi təhsil alaraq ailəmizin dolanışığı üçün, ailəmlə bərabər çalışdım. Bir neçə il Türkmənistanda yaşadıq.
Bir müddət sonra Azərbaycana geri döndükdə, anladım ki. dəyişən bir şey yoxdur.  Vətənimiz yenədə şəhidlər verir, məmurlarımız isə xalqın qanın içərək, xalqı soyub talan edir. Mən yaxşı başa düşürdüm ki, bu müharibə Azərbaycan və Ermənistan xalqının arzuladığı bir müharibə deyildi. Sadəcə rus imperyasinin bölgədə söz sahibi olmaq məqsədilə apardığı siyasətdir. Hətta bir zamanlar Heydər Əliyevin buna olan siyası baxışını dəstəkləyirdim. Lakin bu siyasi mövqeyin saxta olduğunu uzun zaman sonra anladım. Buna əsas  səbəb onun və onun ətrafının, Azərbaycan daxilində apardıqları daxili siyasətləri oldu. Bunlar barədə tez - tez məqaləmdə sizlərə açıqlamalar verəcəyəm. Qarabag müharibəsi Azərbaycanı çox itkilər verməyə məcbur qoydu. Daxildə olan siyası çaxnaşmalar xalqın birliyini əlindən alır, və hər an zəifləməyə məcbur edir. Sonuc olaraq torpaqların böyük bir hissəsini itirmək məcburiyyətində qoyurdu. Sonralar mən yaxşı anladim ki. bu elə kremldən ezam edilmiş Əliyevlərin apardığı siyasətin əsas senarilərindən biridir.
Öz həyatımdan danışmaq istəyimi sizə məqalənin əvvəlində bildirmişdim. Ali təhsilimi təqribən 1999 - da tamamladım.  Uzun müddət orta Asiya və Rusiya torpaqlarında ticarətlə məşğul oldum. 2005 - çi ildə Azərbaycana qayıtdım. Onda gənc idim. Polis orqanlarında çalışmaq istədim. Məni ali təhsilsiz kimi işə götürə biləcəklərini bildirdilər. Çünki ali təhsilli olanın işə girərkən verməli olduğu qədər rüşvət vermək istəmədim. Mən yaxşı bir gələcək qurmaq xəyalları ilə qısa bir zaman sonra evləndim. Ailəmin maliyyə problemlərindən yaranan çətinliklərə ailəm dağıldı. Günü bu gündə neft qaz ölkəsi olan Azərbaycanın xarici borcu vətəndaş sayına əsasən adam başına 1080 dollar hesablanır. 10 milyon əhali nə az nə çox günü bu gündə tanımadığımız banklara 1080.000.000.00  borcumuz bu qədərdir. Azərbaycanda boşanmaların əsas səbəbi məhs maliyyə problemlərinə söykənir. Mənim bu evlilikdən bir qızım var.
ailəmdən ayrılandan sonar qızımı anam böyütdü. Polisdən öz istəyimlə çıxdım. Hec bir polis işçisi cavusundan nazirinədək polisdə çalışırsa mən heç vaxt rüşvət almadım deməsin. Bunu məndən gözəl və dəqiq bilənlər hətdindən artıq çoxdur nəyinki polis ümumiyyətlə Azərbaycanda çalışan bütün dövlət işçiləri baxça müəlliməsindən. xadiməsidən, Azərbaycan Dövlət başçısı İlham Əliyevdə başda olmaqla hamısı rüşvət alıb və hələdə alırlar. Mən öz təhsilim üzrə işləyib mühəndis olmaq istədim.

2007 - ci ildə bir kiçik şirkətdə calisdim və təcrübəmi artırmaq üçün beynəlxalq sertifikat almaq arzusuyla əlavə təhsil aldım. Test üsulu ilə imtahan verib ən yüksək bal toplayıb sertifikat aldım. Artıq təcrübəli bir mühəndis idim 2008 - çi ildə SOCAR neft şirkəti mənə təcrübəli mühəndis kimiiş teklifi etdi. məndə qəbul etdim. Təqribən bir ay sonar rəhbərliyin mənə əmək haqqından əlavə paket məvacib almalı olduğumu təklif edərkən. Mən gülümsəyib fikrimi onlara qətiyyətlə bildirdim ki, mən işləməyə çalışmağa gəlmişəm. Rüşvət almaga deyil. Ele o söhbətdən sonra məni tədricən SOCAR - ın rəhbər isciləri sıxışdırmağa başladı. Onlarla mübarizəm çox çəkmədi. 7 ay sonra yollarımız ayrıldı. Mən rüşvət almayacagımı, özümü müdafiə edəcəyimi və hətta korupsiyayla boğulan Azərbaycanın gələcəyi üçün mübarizə aparacagimi rəhbərliyə açıqca şəkildə dedim. İlk dəfə SOCAR - ın baş ofisində o vaxtkı MEN - nin tör tokuntulərindən olan bir müfəttişi məndən izahat aldı.  Və öz xoşumla SOCAR - dan işdən çıxmağımı tələb etdi. Əks halda bu məsələ xosluqla həll olmasa, lazım gəlsə turmələrdə curuyəcəyimi heçnədən çəkinmədən mənə dedi. Can bogulan Azərbaycan dedim və otaqdan çıxdım. O vaxt Azərbaycanda yaxşı tanınan AZENKO şirkətinə işə düzəldim. Sertifikatlarım çox cəlb edici idi. Təhsilimdə də yüksək, həmən məni işlə təmin etdilər. Çünki bu kimi korupsyaner şirkətlərin beynəlxalq lahiyyələrdə iştirak etmələri üçün tenderlərdə xarici şirkətlərin qarşısına təcrübəli əməkdaşları olduğunu təqdim etmək məcburiyyətində idilər. Əks halda qərbdən boyuk maliyyə investisiya lahiyələri ilə gələn şirkətlər Azərbaycanın belə saxta şirkətləriylə əlverişli lahiyyələrdə iştirak etmələri mümkünsüz idi. Onlar rüşvət almır axı. Məni  Sumqayıt texnoloji parkın enerji blokunun tikən almaniyanın Siemens şirkətinə məzun etdilər. Lakin 2 ay sonra neft qaz tikinti idarəsinin rəhbərlərinin karupsiya əməllərinə görə başlarina nə gətirdiklərimi öyrəndilər. Və məni təcili şirkətə çağırıb işdən öz xoşumla cixmağımı istədilər. Bu calişdigim şöbəsinin rəhbəri mənə dedi ki, çox heyif, mənim əlimdən heçnə gəlmir. Bu rəhbərliyin göstərişidir. Məndə ona sən əsil azərbaycanlısan deyib gülömsədim. nəyə güldüyümü soruşdu. Seni təhqir edirəm, başa düşmürsən ona görədə gülürəm. Can bogulan Azərbaycan deyib ordan da isdən çıxdım. Aktiv bir media axtarışında oldum və başıma gələnləri o vaxt ilk dəfə indiyədək də əməkdaşlıq etdiyim mediyamiza danışdım. Onlarla əməkdaşlıq etmək istədim. Müvəqqəti kiçik bir şirkətdə calisdim. Artıq özümü siyasi - ictimai bir fəal görürdüm. Çalışırdım ki, müxalifətin bütün aksiyalarında iştirak edim. Ancaq heç bir partiyanın da üzvü deyildim. Ancaq elə o vaxtlardan bu korupsyaner rejimlə mübarizə aparacagımı qarşıma məqsəd qoydum. Bir  müddət sonra 2009 - ilin sonlarında mənə Türkiyənin adlı sanlı bir tikinti şirkətindən email ünvanıma iş təklifi gəldi. Mən baş redaktorumla məsləhətləşdim. Oda bunun yaxşı olduğunu birazda aranın sakitləşməsinin, mənim gənc bir fəal olduğum üçün mənim təhlükəsizliyim üçün əla fürsət olduğunu bildirdi. Türkiyəyə ordanda afrika ölkəsi olan Sudana ezam oldum. Nil çayının üzərində olan ən böyük körpünün tikintisində çalışdım. Yaxşı mükafatlar aldım və yenə vətənə Azərbaycana qayıtdım.
2012 - çi ilin sonlarında Azərbaycanı tərk edib öz düşüncələrimə görə mübarizəmi davam etmək və eyni zamanda həyatda ayaqda qalmaq üçün kiçik bir biznes qurub təhlükəsiz yaşamaq məqsədiylə Tacikistana səfər etdim.
İlk baxışda düşündüm ki, orada olmağım Azərbaycandakı məmurların mənə qarşı apardıqları izləmələri biraz təhlukəsizləsdirər.
Tacikistanda kiçik bir qida biznesini qurdum və Sugd vilayətinin xocant şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdum. Eyni zamanda Azərbaycan məmurlarinin korupsya əməllərinə qarşı mubarizəmidə rahat şəkildə qurduğum əlaqələr vasitəsiylə davam edirdim. Təqribən 2014 - cü ilin yaz aylarında Tacikistanin paytaxtı Düşənbə şəhərinə səfər etdim. Artıq biraz maliyyə də qazanaraq əldə etmişdim maliyə durumum zamanına görə yaxşı idi.  Mən təsadüfən Düşənbə aeraportunda bir gözəl xanımla tanış oldum, və ona maraqlı gəldim. O məndən niyə məs Tacikistani secdiyimi soruşdu. Çünki biznes üçün tacikstan çoxda əlverişli bir respublika olmadığını və bu regionun əhalisinin yarıdan çoxu rusiyanı seçərək oradan pul qazandığını bildirdi. Mən anladım ki, bu xanım tacikstan ixtidarına qarşı bəzi nifrət hislərini gizlətməyə çalışır. Ancaq bu söhbətimiz əsnasında açıqda olmasa da hər şey bəlli olurdu. Xanımın gözəlliyi düşüncələri və dünya görüşü mənə çox xoş gəldi. Biz tez - tez görüşüb, bir - birimizi birlikdə yeməyə və gəzməyə dəvət edirdik. Düşənbədə kiçik bir biznes qurmaq niyyətində oldum. Xanımda xocantda dərman biznesiylə məşğul olurdu. Biz öncədən bilirdik ki, Tacikistanda ən gəlirli biznes sahələri prezidentin ailə üzvləri tərəfindən idarə olunur. Bunu nəzərə alaraq orda demək olar ki, olmayan və ya olsada inkişaf edilməmiş bir sahə seçdim. Adını açıqlamaq istəmədiyim bu gözəl xanımla iş qurdum. Xanım əvvəllər Düşənbədə çox gözəl bir sahədə nailiyyətlər əldə etmiş və müəyyən bir vəzifəyə qədər yüksəlmiş lakin dövlətin apardığı murdar daxili  siyasətində rəhbərliyinin bu xanımın idarə etdiyi şöbəyə verdiyi göstərişlərə razı olmadığı üçün bu çirkin əmməlrdə iştirak edə bilməyəcəyini bildirdiyinə görə  korupsiya ilə mübarizə komitəsində tutduğu vəzifədən azad edilmişdir, və buna əslində heç vaxt peşman olmadığını deyirdi. iki övladı var biri oğlan biri qız və oğlu autizm xəstəliyindən əziyyət çəkirdi. Xanım ən çox vaxtını əsasən övladlarına sərf edirdi. Xanıma birlikdə biznes qurmağı təklif etdim. Və biz kosmetologiya sahəsində müəyyən preparatların Tacikstana gətirib satılması ilə məşğul olduq. Bir xeyli vaxtdan sonra təqribən 2015 - ildə kosmetologiya mərkəzi açmaq fikrine düşdük. Uğurlu bir mərkəz qurduq.  Əlbətdə mən Azərbaycan məmurlarının karupsiya əməllərinə qarşı apardığım mübarizəni ətrafımda olan mənə əziz olan insanlardan, onların təhlükəsizliyi üçün gizlədirdim. Bu sahə mənə həmdə Tacikstanda imkanlı məmurların ikinci üçüncü həyat yoldaşı adlandırdıqları, özünə qulluq edən xanımlarla münasibət quraraq hər iki ölkədə məmurların əlaqələrini və çirkin əməllərini yaxından izləmək imkanı yaradırdı. Çünki özünüzdə bildiyiniz kimi bu xanımların ərləri məşuqələri yanında güclü bir əks cins kimi, göstərmək istəyindən asılı olduqlari üçün kiminlə harda və necə iş birliyində olduqlarını danışırdılar. Məndə bu fürsətdən İstifadə edib bacardığım qədər bu məlumatları medİyamizda işıqlandırmağa çalışırdım. Əsas məsələ burda həqiqətən suveren respublika şüarı altında idarə olunan Rusiya imperyasinin bu post sovet ölkələrində apardığı çirkin siyasəti bacardığımiz qədər işıqlandırmaq idi. Və tezliklə bu ölkədə də Azərbaycandakı kimi aftoretar bir rejimlə idarə olunduğu məlum olurdu. Eyni zamanda bəzi fərqli məqamlarda vardı. Məsələn Azərbaycanda güc strukturlarına yüksək vəzifəli şəxsləri rus imperatoru diktator Putin təyin edirdisə, burda Putin yalnız sərhəd bölgələrinə nəzarət edən şəxslərin təyinatı ilə və ən əsasda Əfqanıstanla qonşu olan Tacikistanda silah və narkotik ticarətinin dövriyyəsi ilə məşğul olurdu. Buna əlimdə yetərincə əsaslı sübutlar var ki, belə açıq bəyan edirəm. Bir gün bu qurduğumuz biznes imoməlinin qızı Pərvinə raxmonun maraq dairəsində olduğunu və bu biznesi tezliklə bu diktator ailəyə təhvil verməli olacağımızı müştərilərimizin birindən öyrəndim. Pərvinə İmoməli biləsiniz, İmoməli Rəhmonun qızlarından biridir və Tacikstana bütün təbabət sahəsi o cümlədən tibbi  dərman preparatların ölkəyə gətirilməsi və sadəcə Düşənbə şəhərində 200 - dən artıq əczaçılıq dükanının sahibidir. Bu səbəbdən də biznesi yerli məmurlardan birinin xanımına satmaq qərarına gəldik ki, onlar sonra öz aralarında qoy elə özləri - özlərinə düşmən olsunlar. Lakin artıq bunlar mənim azərbaycanlı olduğumu və jurnalistika fəaliyyəti ilə məşğul olduğumu oyrəniblərmiş., Azərbaycan məmurlarına, Azərbaycan dövlətinin daxili murdar siyasətinə qarşı bir fəyal olduğumuda, azad jurnalistika ilə fəal calisdigimida biliblər. Onlar bu məlumatı alar - almaz mənim evimə polislə heç bir hüquqi sənət olmadan basqın edib əşyalarımı qarışdırılar. Hansısa məlumatlara sahib olub olmadığımi araşdırmaq məqsədi ilə evimdə axtarış etdilər. Əlbətdə mən bu əməllərini foto lentə aldirdim və polis mənim yaxınlarımı polis idarəsinə aprdiginida öyrəndim. Bəzi xanım müştərilərimizin sevgililəri olan məmurların köməyinə ehtiyac yarandı. Yaxınlarımı guya vəkil tutub polisdən qurtardım. Sonra polis məmurunun da səsini diktafona yazdım. Biz biznesimizi Düşənbə şəhərinin icra başçısının köməkçisinin məşuqəsi Diləfruz adlı xanıma satmağı qərarlasdirdiq. Bu xanım nəğd pul toplamasının çox vaxt alacağını bildirdi. Əvəzində qızıl Ziynət əşyalarını mənə zəmanət olaraq 6 - aylıq mutdətinə biznesə verəcəyi pul əvəzinə təslim etdi.
Eyni zamanda biznesdə mənim şəriklik etdiyim adını çəkmək istəmədiyim xanımıda özünə şərik etdi. Bu xanımda o Diləfruz İlə bərabər çalışacağını bildirdi. Lakin həmin xanım övladının müalicəsi üçün Rusiyanın ulyanov vilayətinə səfəri olduğunu əvvəlcədən Diləfruzə söyləmişdi. Mənim bu biznesi satdığım üçün təcili Tacikistani tərk etməyim lazım idi. Diləfruzdə sevgilisindən bu biznesi aldığını bir müddət gizlətmək fikrində olduğu, bizim fikirlərimizlə tam üst - üstə düşdü. Rusiyanın paytaxtı Moskva şəhərinə bilet alıb təyyarə ilə uçuş etdim. Bir həftə sonra mənim həm şərikim həmdə artıq həyat yoldaşım olan xanımda, rahatlıqla Maskvaya gəldi. Biznes isə Tacikistanda fəaliyyətinə davam edirdi. İmoməlinin qızı Pərvinə biznes sahibinin məzuniyyətdən hacansa geri gələcəyini gözləyirdi. Onlar bir necə aydan sonra əldə etdikləri məlumatlara görə məni və mənim xanımım olan sərikimi nə yolla olur olsun Tacikstana geri - gətirmək qərarına gəldilər. Moskva şəhərindəki kirayədə qaldığımız evin yerini öyrənib ora öz quldurlarıni baş kəsənlərini göndərdilər. Evimizə basqın etdilər. Bu basqinda mən və xanımım çox ciddi fiziki təcavüzə uğradıq. Mən bıçaq yarası aldım. xanımım isə dəhşətli dərəcədə körpə uşaqlarının gözü qarşısında vəhşicəsinə döyüldü. Bizi möhkəm döydülər və evdə olan pullarimizi xanımın çantasında tapdılar. İşi pula görə baskın kimi şəkilləndirdilər. Apardıqları pulun dəyəri heç - 5000 dollar etməzdi. Bu pul üçün edilən cinayətə ən azı qrup şəkilində olduğu üçün 10 ya 12 il iş düşürdü. Buda aydın məsələ idi ki, iş sifarisdir. Bu cinayət işi acilmayacaqdı. Biz Rusiyada polisə müraciət etdik. Lakin bizim sikayətimizə baxan olmadı. Sifariş Tacikstanda işləyən yüksək səviyyəli məmurlardan hansısa Rusiyadakı məmurlarla öz aralarında razılaşdırılmaqla həyata keçirildiyi artıq bizə məlum idi. Hətta Rusiyadan ketməyimizi belə, bizə Rusiya polis məmuru açıq bəyan etdi ki, buralar bizim üçün təhlükəlidir. Bu şəhəri tərk edib kedin. Bizim özümüzün problemlərimiz başımızdan aşır. Biz o zaman İrandan Moskvaya sitrus meyvələri gətirib Fud siti adlı meyvə bazasında satışıyla məşğul olurduq. Anbarimizda qalan meyvələridə bir müddət sonra satıb Ulyanovsk vilayətinə oğlumuzun müalicəsini davam etdirmək üçün Moskvadan çıxdıq. Bir ay sonra orada əldə qalan pulumuzla maşın yuma yeri açdıq və mən yenə Azərbaycana qayıtmalı oldum. Bir neçə ay sonar, həmin xanımımdan uşaqlarıda götürüb Azərbaycana gəlməsini istədim. Oda həmin kiçik biznesimizi atıb uşaqlarla gəldi. Bəzi əzizlərimin dəstəyi ilə fermer təsərrüfatı ilə məşğul olurdum. Ancaq jurnalist və ictimai - siyasi fəal kimi, Azərbaycanda baş verən məmur özbaşınalığına, dövlətin korupsyaner və işğalçı siyasətinə heç vaxt göz yuma bilmezdim. Bu mənim əsas məqsədim idi. Nəticəsində yenə Azərbaycan məmurlarinin təqib və təcavüzünə məruz qaldım. Məni nümayişlərin birində 2018 - çi il aprel ayında polislər bölməyə aparıb yaxşı əzisdirdilər. Xalqı qorumağa and içmiş xalqın vergisi hesabına əmək haqqı alan Azərbaycan polisinin zorakılığı nəticəsində, iki barmağım citdi zədə aldı. Onuda polis hospitalında gecə vaxtı tikdirib yenidən məni artıq başqa bir bölməyə gətirdilər sabahsı gun Azərbaycanın saxta məhkəmə qərarıyla 30 - günlük həps etdilər. Bu hadisələr mənim Azərbaycanda başıma gələn son hadisələrdir. Azadlığa çıxdım və  üz tutdum semaska adlı xəstəxanaya. Mənə aryis verən olmadı. Dedilər get kim tikib oda versin.  Maraqlısı isə mən bizlərdə bir söz var Kİ, kimdən -  kimə şikayət edəsən? Bığdan saqqala şikayət qəbul olmur axı. Mənim şikayətlərimədə baxan olmadı. Üstəlik fermamida od vurub yandırdılar  2019 - cü ilin mart ayının sonlarında Azərbaycandan bir yolla Rusiyaya ordanda Ukrainaya üz tutdum. Bir iki aydan sonra ailəmində Ukrainaya gəlməyini təmin etdim. Ukrainada çox rahat yaşadıq. Ancaq xanımım bu fəaliyyətimə son qoymağı, yeni bir həyat yaşamağımız üçün hər şeyi yenidən baslamagimizi istədi. Mən artıq uzun illərdir bu yolda olduğumu və rus imperyasinin təcavüzünə məruz qalmış başda Azərbaycan olmaqla bütün postsovet ölkələrində söz azadlığının rifahın demokratiyanın bərpası üçün əldə etdiklərimi hər an bu yolda canımı belə təhlükəyə ataraq yaşadigim həyat yolunu heç nəyə dəyişə bilməyəcəyimi ona bildirdim.  O bunları artıq məndən də yaxşı bilirdi. Biz ukrainada ayrıldıq. Lakin hər zaman onların qayğısına qaldım. Mən yaxşı anlayıram ki, bu günahsız insanlar mənim fəaliyyətimin qurbanları oldular. Artiq heç vaxt vətənlərinə dönə bilməyəcəklərini yaxşı anlayırdım. Bunu hec vaxt özümə bagislaya bilmərəm. Bu kimi hallar. səbəb ola bilməz ki. mən hakk yoldan dönüm. Bir müddət sonra yenidən evləndim. Rus imperatoru Putin, bu dəfə gecə yuxusunda nə gördüsə qəflətən 24 fevralda 2022 çi ildə  Ukrainaya hərbi baskın etdi. Yaşadığımız şəhər ruslar tərəfindən işğala uğradı. Ukrainadanda qaçmağa məcbur qaldıq. Yenədə hansı ölkədə olmağıma baxmayaraq rus imperyasinin apardığı siyasətin təcavüzünə məruz qalırdım.
Əsas mənim üçün  Azerbaycanın saxtakar hakimiyyəti və onun demokratik şüarlar altında apardığı daxili korupsiyaner anarxist siyasətini açığa çıxartmaq onları ifşa etmək kimi düşüncələrim. mənim üçün vacibdir. Bir xalq kimi, istəyirəm sizdə düşünəsiz? Ay menim gözəl xalqım. Dediklərim yalandı? O parlamentdə oturan deputatlardan heç birini tanımırdım. Bir nəfərdə olsa, müxalifətdən mandat alan yoxdur. Bu durmu demokratik Azərbaycan mən və mənim kimi yüzlərlə mühacir olmuş əsil vətəndaşlar, onların mənə və əziz xalqıma bu günə dək etdikləri zulumləri işıqlandırmagi özümüzə bir borc bilərək bu yolda mübarizəmizi çətinliklərə baxmadan bacardığımiz qədər davam etdirəcəyik.
Men bir iki kəlmə də fürsətdən istifadə edib Rusiya Ukrainaya qarsi başladığı müharibədən danışmaq istərdim qisada olsa biz anlamalıyıq ki əgər bu müharibəni ruslar udarsa Azərbaycanda və azərbaycan kimi digər başqa postsovet ölkələrində demokratik milli  hərəkatı ana bətnindəykən ölü doğulmuş uşaq kimi olacaq. Bu məğlubiyyətimiz bütün insanlığın məğlubiyyəti olacaq. Azərbaycan və digər postsovet ölkələrində cərəyan edən bu rejim, bizlərdən başqa heç bir ölkədə olmayan bu öz basnaliqlar dahada artacaq represya qurbanlarınin sayı 1939 - ildə rus imperiyasının apardığı Stalin siyasətindən betər olacaq. Dünyada baş verən siyası durum, rus imperiyasınin imperyalist siyasəti ucbatından artıq 3 - cu dünya müharibəsinin qapısını döyür Azərbaycan xalqının da və digər postsovet ölkələrindəki xalqlarında əslində ən vacib marağı Ukrainaya təcavüz edən rus imperiyasına qarşı olmaqdır. Artıq mən ömrümun çox bir hissəsini yaşamışam. Lakin bir adi insan kimi. demək istəyirəm ki, şərəfli həyat tərzimdən həzz alıram. Yaşadığım həyat yolu mənə  qürur verir və bu siyasi - ictimai yolda bir fəal insan olaraq dünyaya və insanlığa olan baxışımla demokratik bir ölkəmiz olsun deyə göstərdiyim fədakarlığa görə fəxr edirəm. Bəli ailəmdən əzizlərimdən və qohumlarımdan dostlarımdan çox uzaqlarda yaşamağa məcburam. Ancaq buna dəyərmi sualına tək bir cavabım var. Həyatda insan kimi şərəfli bir ömür sürmək və bu ömürü şərəflə başa vurmaq tutduğun çalışdığın sahədə düz olanı etməkdən bu duyğularla yaşamaqdan gözəl nə ola bilər? İnsan o zaman insandir ki,  güclünün deyil, hakli olanınyanında yer tutsun.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN