Elə adamlar var ki, onları yarışdırmaq olmur. Heç bir nominasiya üzrə. Başlamadan qalib elan edirsən.
Tofiq Yaqublu da belə adamlardandır. Onun aclığı sulu yeməyinin vaxtını ötürməyən xeyli adamı sözün həqiqi mənasında məyus edir. İnsan iradəsi mürəkkəb mexanizmdi, onu təhlil etmək çətin işdir, amma Tofiq bəy sal qaya kimi bir iradə faktorunu, həm də faktını siyasət meydanının ortasına qoyub. Onunla kim, necə yarışsın? Tofiq Yaqub
lu aclığı, toxluğu ilə deyil iradəsi ilə qalibdir. O, bir döyüşçüdür. Ölümü gözə alan döyüşçü. Düşmən əlinə keçənə kimi savaşan, düşmən əlinə keçəndə isə öz ölümünü sürətləndirmək üçün əlindən gələni edən bir döyüşçü. İsti evində oturub, insan taleyinə qərar verənlər ona hansı qərarları ilə qalib gələcəklər? Onu öldürməklə? Axı o, özü bunu tezləşdirmək istəyir.
Tofiq Yaqublu xalqla çiyin-çiyinə olub, liderlik ünvanı qazanan birisdir. Səhər evdən çıxanda evnin zibilini atan, axşam evə qayıdanda evə lazım olanları alan, çayxanada insanlarla müzakirələr edən, onları sona kimi dinləyən, məhz bununla onların liderinə çevrilən adamdı. Məsafə saxlamadan, özünü təcrid etmədən. İnsanların içində ikən önündə ola bilən adamdır. Onunla necə yarışmaq olar ki, ona qalib gələsən?O, hamının; sevəninin də, sevməyəninin də “ən dürüst adam” dediyi adamdır. Onunla kim necə yarışsın. Nə etməli Tofiq Yaqublu ilə?
Tofiq Yaqublu azad edilməlidir. Bu, Azərbaycan cəmiyyətinin xeyrinə atılmış bir addım olar. Çünki toplum bu qədər sevdiyi bir döyüşçüyə qarşı belə kinli münasibəti rahat həzm etməz. İndi ola bilsin ki, ifadə imkan və fürsəti yoxdur, amma suyu da sel edən onun qarşısını kəsən bənddir. O bənd dağılanda sel altında qalmamaq üçün Tofiq Yaqublu azad edilməlidir. Onun günahsız olduğunu onsuz da hamınız yaxşı bilirsiniz. Ona görə də məhz “günahsız olduğuna görə azad olunmalıdır” demirəm. Ölüm aclığına başlamış bir döyüşçü, bir qazi üzərində heç kim qələbə qazana bilməz. Onun aclığının istənilən nəticəsində. Ona görə də bu aclığın sonunu gözləmədən onu azad etmək lazımdır.