SON DƏQİQƏ

Ölkədə jurnalist ovu davam edir.

Tarix:2-12-2023, 14:25

Bir həftə ərzində 5 jurnalist həbs edilib. Gerçəkdən Azərbaycanda jurnalist olmaq qorxulu peşəyə çevrilib. Sonuncu NərgizAbsalamovanı həbs ediblər. Nərgiz xanım çox istedalı və bacarıqlı jurnalistdir. Abzas Mediada çalışırdı və öz peşəsinə çox məsuliyyətlə yanaşırdı. Biz onun fəaliyyəti ilə bağlı kiçik bir araşdırma apardıq həqiqətəndə o çox maraqlı faktlar isiqlandiraraq cinayətkar hakim elitanin korrupsiyası ilə bağlı bir sıra maraqlı araşdırmalar etmişdi. İndi qaçaqmalçılıq saxta ittihamı ilə həbs edilib. Jurnalist hara qaçaqmalçılıq hara? Qaçaqmalçılıqla ölkədən çıxarılan Azərbaycan xalqına məxsus lap böyük məbləğlər ofşor hesablardadır. Qaçaqmalçılıq ittihamı ilə həbs edilən jurnalistlər həmin o böyük qaçaqmalçılığın izlərini axtarırdılar. Ona görə tutuldular. Necə deyərlər ov edərkən ov oldular bura Azərbaycandır və bu kimi hallar artıq təəcüblü bir şey deyil. Azərbaycan kimi bir olkədə Qubad bəy hakimiyyətin saxta tenderlərini ifşa edirdi, saxta pul kəsmək ittihamı ilə tutuldu,duzu Qubad bəylə onun fəaliyyəti barədə çox uzun uzadı danışmaq olar lakin qısacası öz məlumat mənbələrindən bu məsələdə iki tərəfli işləyənlərin də bu həpsdə az əməlləri olmadığını biz bilirik.Abzas Media qaçaqmalçılıq yolu ilə ölkədən qaçırdılan sərvətlərin izinə düşmüşdü,və elə o itahamlada məs qaçaqmalçılıq ittihamı ilə həbs edildilər. Bakıda aşağı-yuxarı 500 min sənədsiz tikili var, Əziz Orucov sənədsiz tikili ittihamı ilə həbs edildi. Həbs zamanı onun körpə qızının atasına sarılması günün yox, dövrün fotosuna çevrildi.
Maraqlı olan isə budur ki xalqın səsi eşidilmir nədəni isə artıq xalqın boğularaq səsinin çoxdan kəsilmiş olmasidir Azərbaycan xalqı jurnalistika dövrünün ən acı anlarını məs indi yaşayır.ilham Əliyev isə dövləti hansı qüvvələrəsə arxayın olaraq cəngəllik qanunlarilə idarə edir Azərbaycanın onsuzda boşluqlarala dolu olan indiki konstitusiya qanunlari heç kəsin ağlına da gəlmir ki pisdə olsa qanunlar yazılıb və ona riayət etmək lazımdır.
Niyə məs cəngəllik qanunlariyla idarə edir söyləməsi xalqdan ayıb olmasın sanki 10 milyondan artıq heyvanatla zəngin bir cəngəlliyin ət yeyən vəhşi heyvanları kimi özünü aparır və xalqda demək olar ki o cəngəlliklərdə yasayan ot yeyən heyvanlar kimi davranır.Mən ağır ifadələrimə görə xalqımızdan üzür istəyirəm kimisə təqqir etmək kimi bir niyyətdə deyiləm sadəcə demək istəyirəm ki İlham Əliyev xalqın arasından kimi harda və necə istəsə ovlayır xalqda öz hakqini tələb etmək əvəzinə söz azadlığı və sair kimi demokratiyanı dəstəkləməkdənsə indiki bu vəziyyətdə ən azından bu həpslər barədə hakimiyyətdən cəmiyyət üçün açıq şəkilli məhkəmələr tələb etməkdənsə sadəcə öz canini qorumağa çalışır.
Bu gedişlə azad fikirli jurnalistlərimiz Azərbaycan daxilində o qədər azalacaqki artıq yalnız İlham Əliyev və onun komandası jurnalistlik edəcəklər. Edəceklərki qərb ölkələrinə və dünya ictimaiyyətinə istədikləri məlumatları istədikləri kimi bəzəyib çatdırsinlar. Sondaistəyirəm bu kimi uğursuz gələcəyi yalnız uçuruma gedən daxili represya günü həftəsi ayı və ya ili kimi bir möhtəşəm uçurum günü münasibətiylə başda İlham və onun komandasını təbrik edəm. Onlara xatırlatmaq istərdim ki bu anları heç vaxt tarix unutmayacaq bu atdıqları atdımlar onların barəsində əbədi olaraq Azərbaycanın tarixə yazılacaq və xatırlanacaq. Bu uğursuz siyasətində İlham Əliyevə bundanda çox uğursuzluqlar arzulayaraq dəyərli oxucularımızdan ayrılıram və xalqıma bir daha başın sağolsun deyirəm.
Hörmətli oxucularımız biz 01.07.2023 tarixdə Ukrainali jurnalist Natalya Gumenyuk və onun həmkarı Bosniyali jurnalist Miranda Patruçiç ilə apardıqları araşdırmalarda Azərbaycanda çalışan jurnalistlərimizin fəaliyyətlərinə və ictimai siyasi münasibətlərə yetərincə toxunmuşduq o məqaləni yenidən izləmək istəyiniz olarsa silkani məqalənin axırında baxa bilərsiz.
Elnur Əliyev.
İmza Əli Nur

https://sonxeberler.info/dunya/15089-tacikistan-prezidentinin-qizi-istenilen-biznesi-her-kesin-elinden-ala-biler.html

https://sonxeberler.info/gundem/15090-olkede-jurnalist-ovu-davam-edir.htmlскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN